Şirkətimiz qida əlavələrinin idxalı və paylanması sahəsində fəaliyyət göstərən peşəkar qurumdur. Türkiyə, Polşa və Serbiya kimi Avropanın və regionun etibarlı istehsalçı ölkələrindən yüksək keyfiyyətli qida əlavələrini idxal edərək Azərbaycan bazarına təqdim edirik.
Məqsədimiz beynəlxalq standartlara cavab verən, təhlükəsiz və effektiv məhsulları istehlakçılara əlçatan etməkdir.
Fəaliyyətimiz çərçivəsində Azərbaycanda tanınmış və etibarlı şirkətlərlə əməkdaşlıq edirik. Zeytun Avromed və Azerimed kimi nüfuzlu tərəfdaşlarla birgə çalışaraq məhsulların düzgün paylanması, keyfiyyətə nəzarət və bazar ehtiyaclarına uyğunluq məsələlərinə xüsusi diqqət yetiririk. Bu əməkdaşlıqlar uzunmüddətli tərəfdaşlıq prinsiplərinə və qarşılıqlı etimada əsaslanır.
Eyni zamanda Bakıda fəaliyyət göstərən aptek şəbəkəmiz — Megapharma Aptek vasitəsilə idxal etdiyimiz məhsulların birbaşa istehlakçıya çatdırılmasını təmin edirik. Megapharma aptekləri müasir yanaşma, peşəkar farmasevt heyəti və geniş məhsul çeşidi ilə seçilir. Bu, bizə həm idxalçı, həm də pərakəndə satış sahəsində bazarı daha yaxından tanımaq və istehlakçı ehtiyaclarına çevik cavab vermək imkanı yaradır.
Şirkətimiz keyfiyyət, şəffaflıq və məsuliyyət prinsiplərini əsas tutaraq fəaliyyətini daim genişləndirməyi, beynəlxalq tərəfdaşlıq şəbəkəsini gücləndirməyi və Azərbaycan səhiyyə və farmasevtika bazarına töhfə verməyi qarşısına məqsəd qoymuşdur.
Poçt İndeksi: AZ1012
Ünvan: Bakı şəhəri, Yasamal Rayonu, Moskva Prospekti ev 47A, M 0
Əlaqə: 051 463 29 96
Poçt İndeksi: AZ0715
Ünvan: Astara Rayonu Kijəbə ŞTQ
Əlaqə: 051 470 32 35
Ünvan: Bakı şəhəri, Nəsimi Rayonu, Eldar Tağızadə küçəsi ev 16A, mənzil 0
Əlaqə: 051 521 31 10
Poçt İndeksi: AZ1004
Ünvan: Bakı Şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov ev 148
Əlaqə: 055 449 92 50
Poçt İndeksi: AZ1007
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 70
Əlaqə: 055 419 82 02
Poçt İndeksi: AZ1014
Ünvan: Səməd Vurğun küçəsi 91
Əlaqə: 051 859 40 00